0
Çərşənbə
Avq 13

Üç ölkə İrana qarşı sanksiyaları bərpa etməyə hazır olduqlarını bəyan etdilər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Böyük Britaniya, Almaniya və Fransanın xarici işlər nazirləri Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşə məktub göndərərək, İrana qarşı sanksiyaların bərpasına təşəbbüs göstərməyə hazır olduqlarını bildiriblər.

King.Az-ın xəbərinə görə, bu barədə "Financial Times" (FT) nəşri məlumat verib.

Sənədə əsasən, İran öz nüvə proqramı ilə bağlı danışıqları bərpa etməsə, Avropa üçlüyü belə tədbirlər görə bilər. Bunun üçün ölkələrin "aydın və birmənalı" hüquqi əsaslarının olduğu qeyd edilib. Həmçinin bildirilib ki, Berlin, Paris və London Tehrana ABŞ ilə nüvə danışıqlarının bərpası və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıq şərti ilə sanksiyaların tətbiqinin dayandırılmasının uzadılmasını təklif ediblər, lakin onların təklifi İran tərəfindən cavabsız qalıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.