Çərşənbə axşamı
Avq 12

Bəzi bölgələrdə yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Ölkə ərazisində avqustun 12-i saat 09:00-a olan faktiki hava açıqlanıb.

King.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilir ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Astarada 14, Balakəndə 10, Lənkəranda 8, Qubada 6, Zaqatala, Qəbələ, Qaxda 5, Göyçay, Lerik, Goranboy, Ordubadda 2, Şəki (Kişçay), Şamaxı, Qobustan, Altıağac, Xaltan, Şabran, Şahdağ, Mingəçevir, Yevlax, Beyləqan, İmişli, Sabirabad, Neftçala, Yardımlı, Daşkəsən, Gəncə, Tovuz, Cəbrayıl, eləcə də Bakıda və Abşeron yarımadasında 1 mm təşkil edib.

Avqustun 11-də bəzi yerlərdə şərq küləyi əsib. Küləyin maksimal sürəti Culfada 21, Tərtərdə 18 m/s-dək güclənib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.