ABŞ Prezidenti Donald Tramp Hindistanın Rusiya neftini almaqla Ukraynadakı münaqişəni maliyyələşdirdiyini hesab edir.
King.Az-ın xəbərinə görə, bu barədə Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller "Fox Business"ə müsahibəsində bildirib.
"O, aydın şəkildə dedi ki, Hindistanın Rusiyadan neft almaqla bu müharibəni maliyyələşdirməsi qəbuledilməzdir", - deyə Miller vurğulayıb.
O qeyd edib ki, Tramp Ukraynadakı münaqişənin həlli üçün diplomatik və maliyyə üsulları da daxil olmaqla, bir sıra rıçaqları nəzərdən keçirir.
Oxşar Mövzular
Kamala Harris Co Baydenə qarşı incikliyindən danışdı
24-09-2025, 16:34"Radomyak" klubunun baş məşqçisi: "Renat Dadaşov güclü və döyüşkəndir"
25-02-2025, 23:12