"Common Sense Media" təşkilatı yeniyetmələrin süni intellektlə ünsiyyəti ilə bağlı araşdırma aparıb.
King.Az championat.com-a istinadən xəbər verir ki, sorğuda mindən çox insan iştirak edib.
Araşdırmaya görə, yeniyetmələrin 70%-dən çoxu "Character.AI", "ChatGPT" və "Replika" kimi süni intellektlə ünsiyyət qurub.
Respondentlərin yarısı bunu müntəzəm olaraq edir. Neyron şəbəkələrlə qarşılıqlı əlaqənin əsas səbəbləri tənhalıq, emosional dəstək almaq istəyi, həmçinin ünsiyyət təlimidir.
Qeyd olunur ki, respondentlərin 31%-i süni intellektlə söhbəti real insanlardan daha xoş hesab edir. 39% süni intellektin onların sosiallaşma bacarıqlarını təkmilləşdirdiyinə əmindir.
Araşdırma, həmçinin göstərir ki, yeniyetmələrin 33%-i süni intellektlə romantik münasibətlər yaşayır və ya dostluq edir.
Eyni zamanda, respondentlərin 67%-i süni intellektlə əlaqə saxlamır və insanlarla canlı ünsiyyətə üstünlük verir.
Oxşar Mövzular

Milli Məclisdə yeni TƏYİNAT
14-12-2024, 00:00İlham Əliyev Muğanlı-İsmayıllı-Qəbələ yolunda görülən işlərlə tanış olub
26-05-2025, 12:03ABŞ-də şatdaun davam edir: Senat büdcəni qəbul edə bilmədi
21-10-2025, 10:56