Şənbə
İyl 26

Tailand ordusunun hücumu nəticəsində Kambocada 13 nəfər həlak olub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Tailand ordusunun Kambocanın Pousat əyalətinə hücumu nəticəsində azı 13 kambocalı ölüb, 70-dən çox şəxs yaralanıb.

King.Az bu barədə "Khmer Times" qəzetinə istinadla xəbər verir.

Ölənlərdən beşi hərbi qulluqçu, səkkizi isə mülki şəxsdir. Yaralılardan isə 21-i əsgər, azı 50-i dinc sakindir.

Məlumata görə, iki ölkə arasında üç gündür davam edən eskalasiyada Kamboca hakimiyyəti 35 829 sakini sərhəd rayonlardan təxliyə edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.