Cümə
İyl 25

14 il istifadə olunmayan "Bitcoin"lər yeni ünvana köçürüldü, qiyməti 300 min dəfə artdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Naməlum şəxs 2011-ci ilin yanvarından bəri toxunmadığı "Bitcoin"ləri yeni ünvana köçürüb.

King.Az -ın RBK-ya istinadən verdiyi xəbərə görə, pul kisəsində 3 962 bitkoin olub.

Bunların çoxu pul kisəsinə bir "Bitcoin"ə görə 0.39 dollar məzənnəsi ilə daxil olub.

14 il əvvəl bitkoinlər təqribən 1 558 dollar dəyərində qiymətləndirilirdisə, son köçürmə zamanı isə onların dəyəri 468 milyon dolları keçib.

Belə ki, hazırda "Bitcoin"in məzənnəsi 118 min dolları ötüb. "Bitcoin"lərin qiyməti bu müddət ərzində 300 min dəfə artıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.