0
Çərşənbə
İyl 16

"Real Madrid" rəhbərliyi klublararası dünya çempionatının iki ildən bir keçirilməsini istəyir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Real Madrid" klublararası dünya çempionatının hər iki ildən bir keçirilməsini təklif edib.

King.Az "The Guardian"a istinadən xəbər verir ki, "kral klubu"nun rəhbərliyi FIFA ilə apardığı danışıqlar zamanı bu ideyanı gündəmə gətirib.

Klub bildirib ki, ötən turnirdə satılan bütün biletlərin 25 faizi məhz "Real Madrid" azarkeşləri tərəfindən alınıb.

Bu da turnirin iqtisadi potensialının artırılması baxımından önəmli amil kimi dəyərləndirilir.

FIFA isə hələlik çempionatın tez-tez keçirilməsi ideyasını gündəmə gətirməyi planlaşdırmır.

Xatırladaq ki, "Real Madrid" turnirin yarımfinalında PSJ-yə 0:4 hesabı ilə məğlub olub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.