NATO ilə Ukraynaya silah tədarükünə dair razılaşma çərçivəsində "Patriot" zenit-raket komplekslərinin ilk tədarükü artıq başlayıb.
King.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında bildirib.
"Kompleks Almaniyadan göndəriləcək və Almaniya onları yeniləri ilə əvəz edir. Hər bir halda ABŞ tam məbləğdə ödəniş alacaq", - deyə D.Tramp qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius Berlin və Vaşinqtonun "Patriot" hava hücumundan müdafiə sistemlərini almağa razılaşdığını bildirib.
Oxşar Mövzular
Məhəmməd Salah İngiltərədə mövsümün oyunçusu seçildi
9-05-2025, 16:54Bundesliqa: "Bavariya" "Verder"i məğlub etdi
8-02-2025, 13:30
