Helsinkidə sərxoş şəxs içərisində sərnişinlərin olduğu avtobusu qaçırıb.
King.Az xəbər verir ki, bu barədə "Helsingin Sanomat" məlumat yayıb.
Məlumata görə, hadisə şəhərin şərqində, Mellunmäki metrostansiyasının yaxınlığında baş verib.
Avtobusda iki sərnişin olub. Polis axtarışa başlayıb və avtobus 10 dəqiqə sonra körpüdən keçərkən tapılıb.
Sərxoş şəxs dayanma tələblərinə cavab verməyib və Helsinkinin mərkəzinə doğru hərəkətinə davam edib. Bir müddət sonra nəhayət ki, o saxlanılıb.
İndi avtobus oğrusunu nəqliyyat vasitəsini vəsiqəsiz və sərxoş halda idarə etdiyinə, eləcə də yol təhlükəsizliyinə təhdid yaratdığına görə cəza gözləyir.
Oxşar Mövzular

Gündəlik Bürclər-(04.02.2026)
4-02-2026, 00:00Baş Dövlət Yol Polisi İdarəsində rəis vəzifəsinə TƏYİNAT
17-01-2025, 13:45Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub
28-04-2025, 17:34