Ölkəmizdə dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 3-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
King.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.
Oxşar Mövzular

Azərbaycan əhalisinin sayı AÇIQLANDI
19-01-2026, 16:38Misli Premyer Liqası: XXIX tura iki görüşlə yekun vurulacaq
7-04-2025, 13:06
