"Moskva diplomatik kanallar vasitəsilə Azərbaycanda saxlanılan vətəndaşlarının qanuni maraqlarını müdafiə edəcək və bunun üçün bütün mümkün vasitələrdən istifadə edəcək".
King.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
D.Peskov bildirib ki, ötən gün Kremldə Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının görüntülərini diqqətlə izləyiblər.
O vurğulayıb ki, Rusiya hakimiyyəti diplomatik kanallar vasitəsilə vətəndaşlarının qanuni mənafelərini qoruyacaq və bunun üçün bütün mümkün vasitələrdən istifadə edəcək.
Oxşar Mövzular
Zelenski ilə Makron arasında aparılan danışıqların təfərrüatı məlum oldu
11-10-2024, 01:26112 il yaşayan kişinin sirrini AÇIQLADI
31-12-2024, 00:14