Serbiyada etirazçılar sosial media vasitəsilə müraciət ünvanlayaraq daha əvvəl saxlanılmış aksiyaçıların dərhal azad edilməsi və növbədənkənar parlament seçkisinin keçirilməsi də daxil olmaqla, tələbləri yerinə yetirilənə qədər yolları və küçələri bağlı saxlayacaqlarını bəyan ediblər.
King.Az bu barədə TASS agentliyinə istinadən məlumat yayıb.
Tələbələr Belqradın 24 yerində yolları bağladıqlarını və ölkənin 18 şəhərində etirazların keçirildiyini bildiriblər.
Qeyd edək ki, iyunun 28-i axşam saatlarından Serbiyanın paytaxtı Belqradda tələbələrin etiraz aksiyaları keçirilib, ondan sonra iğtişaşlar başlayıb.
Oxşar Mövzular

"Deutsche Welle" maliyyə çatışmazlığı səbəbindən yayım həcmini azaldacaq
20-02-2026, 15:33Huawei "Ultimate design" konsepsiyasında yeni fəsil açır
27-12-2024, 14:08
A Seriyası: "Atalanta" - "Roma" matçının taleyini bir qol həll etdi
4-01-2026, 12:11