0
Bazar ertəsi
İyn 23

ABŞ Avropada interneti kəsə bilər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Prezidenti Donald Trampın Administrasiyası ticarət müharibəsi fonunda Avropada interneti kəsə bilər, çünki Avropa İttifaqı (Aİ), demək olar ki, tamamilə ABŞ-nin bulud xidmətlərindən asılıdır.

King.Az-ın xəbərinə görə, bu barədə Avropanın "Politico" nəşri ekspertlərə istinadən məlumat verib.

Avropada Tənzimləmə üzrə Analitik Mərkəzin rəhbəri Zak Mayers bununla bağlı qəzetə şərh verib.

"Onun (Trampın) internetin bağlanmasını əmr edə biləcəyi və ya Aİ-nin iqtisadi maraqlarına ciddi ziyan vurmaq üçün başqa nəsə edə biləcəyi fikri artıq altı ay əvvəl göründüyü qədər ağlasığmaz deyil", - deyə o bildirib.

Öz növbəsində, Avstriyanın "Anexia" bulud xidmətləri provayderinin rəhbəri Aleksander Vindbixler "Politico"ya bildirib ki, o və digər İT şirkətləri gərək daha əvvəl ABŞ xidmətlərindən "qeyri-sağlam asılılığa" diqqəti cəlb edərdilər. Onun sözlərinə görə, Aİ-də bulud sənayesi texnoloji rəqabət qabiliyyətinə diqqət yetirərək, uzun müddət öz maraqları üçün lobbiçilikdən yayınıb.

Bulud xidmətləri sektorunda fəaliyyət göstərən ABŞ şirkətləri Avropa bazarının üçdə ikisindən çoxunu ələ keçiriblər. ABŞ süni intellektin inkişafında Aİ-ni əhəmiyyətli dərəcədə qabaqlayır. Eyni zamanda, Avropanın mikroprosessor üzrə dünya bazarında payı təxminən 10%-ə düşüb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.