Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun səhhətində problem yaranıb.
King.az bildirir ki, eks-nazir xəstəxanaya yerləşdirilib və hətta əməliyyat olunub.
Misir Mərdanov hazırda xəstəxanada olduğunu təsdiqləyib: “Hazırda xəstəxanadayam, amma ciddi bir əməliyyat keçirməmişəm. Bu gün xəstəxanadan çıxacam. Səhhətimdə elə bir böyük problem yoxdur. Narahatlığa əsas yoxdur. İnşallah, sabah işdə olacam”.
M.Mərdanov 1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə rektoru olub.
1998-ci ildən 2013-cü ilin aprelinədək Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.
O, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsində çalışır.
Oxşar Mövzular

Qəzzada HƏMAS-ın yeni rəhbəri "Kölgə" ləqəbli Sinvar oldu
13-01-2025, 20:45
Prezident İlham Əliyev İspaniya kralını təbrik edib
12-10-2024, 12:34
I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
10-07-2025, 12:08