ABŞ Prezidenti Donald Tramp və onun Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı mövqeyinin əsaslı olduğunu başa düşürlər.
King.Az-ın xəbərinə görə, bu barədə "Publico" nəşri məlumat verib.
"Tramp, Kelloq və ABŞ-li konqresmenlər başa düşürlər ki, Putin sərt şəkildə danışıqlar aparan şəxsdir və onu təhdid etmək olmaz, onun Ukraynadakı vəziyyəti müzakirə etmək üçün real faktlara əsaslanan öz gündəliyi var", - deyə məqalədə qeyd edilib.
Müəllifin fikrincə, Rusiya hərbi mövqelərini gücləndirir və ola bilsin ki, yaxın aylarda Moskva öz barışıq şərtlərini diktə edə biləcək.
Müəllif vurğulayıb ki, Trampın danışıqlarda irəliləyişin olmamasından və Rusiyanın "Makiavelli üsulları"ndan narazılığına baxmayaraq, Vaşinqton Moskva ilə konstruktiv dialoq qurmalı olacaq.
Oxşar Mövzular
Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə daxil olub
3-01-2025, 22:52Bakının üç rayonunda silah-sursat aşkarlanıb
20-03-2025, 16:03