0
Cümə
May 30

ABŞ-də Apellyasiya Məhkəməsi Trampın ticarət rüsumlarına dair qərar verdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ-də Apellyasiya Məhkəməsi Prezident Donald Trampın ticarət rüsumlarının tətbiqinə dair fərmanlarının qüvvədə qalmasını bərpa edib.

King.Az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, daha əvvəl Kolumbiya dairəsinin Federal Məhkəməsi Tramp administrasiyasının Çindən idxal edilən mallara tətbiq etdiyi rüsumları qanunsuz hesab edərək onların tətbiqini dayandırmışdı.

Xatırladaq ki, Donald Tramp aprelin 2-də digər ölkələrdən idxal olunan mallara qarşı "qarşılıqlı" tariflərin tətbiqi haqqında fərman imzalamışdı.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.