Cümə
May 23

Vaşinqtonda israilli diplomatları öldürən şəxsə ölüm hökmü verilə bilər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Ədliyyə Nazirliyi İsrailin Vaşinqtondakı səfirliyinin əməkdaşlarının qətlə yetirən 30 yaşlı Elias Rodrigesə qarşı ittiham irəli sürüb.

King.Az xəbər verir ki, bu barədə ABŞ KİV-i məlumat yayıb.

Belə ki, ittihamın bir maddəsinə görə, Elias Rodrigesi ölüm cəzası gözləyir.

"Bu cinayət odlu silahdan istifadə etməklə törədilib və xarici diplomatlara qarşı yönəlib", - deyə işin materiallarında qeyd olunub.

Xatırladaq ki, ötən gün Vaşinqtonda Yəhudi Muzeyinin qarşısında İsrail səfirliyinin iki əməkdaşını güllələyən şəxs saxlanılıb. O, Çikaqodan olan 30 yaşlı Elias Rodrigesdir. Atışmadan sonra o, muzeyə daxil olub və mühafizəçi tərəfindən saxlanılıb. Elias Rodrigesin saxlanılarkən çəkilən videosu yayılıb. O, "Fələstinə azadlıq!" şüarını səsləndirib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.