0
Çərşənbə
May 21

Trampın kriptovalyutası ABŞ prezidentinə nə qədər gəlir gətirib? - Məbləğ açıqlandı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Prezidenti Donald Tramp və komandası onun adı ilə bağlı kriptovalyuta layihəsi sayəsində əhəmiyyətli maliyyə nəticələri əldə ediblər.

King.Az-ın xəbərinə görə, bu barədə "Newsmax" telekanalı məlumat verib.

Məlumata görə, $TRUMP tokeninin ticarət komissiyalarından əldə edilən ümumi gəliri istifadəyə verildiyi yanvar ayından bəri 324.5 milyon dolları keçib.

Maraqlıdır ki, təkcə son iki gündə layihə 900 min dollara yaxın gəlir gətirib. Ən böyük token sahibləri üçün xüsusi tədbirin elan edilməsindən sonra kriptovalyutanın bazar dəyəri rekord həddə çataraq 2.7 milyard dollara çatıb.

Elan edilmiş proqrama əsasən, ən çox $TRUMP tokeninə sahib olan 200 investor prezidentlə şam yeməyinə eksklüziv dəvət alacaq. Ən yaxşı 25 sahibkar üçün isə xüsusi imtiyaz nəzərdə tutulub - Trampla VIP görüş və Ağ Evə şəxsi tur.

Oxşar Mövzular
{title
OKABER — INSANE
15-12-2024, 18:33
{title
Kastomarin - Love
4-10-2024, 21:37
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.