0
Bazar
May 11

Zelenski Putinin birbaşa danışıqlar təklifinə cavab verib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Atəşkəs Rusiya və Ukrayna arasında danışıqların başlamasına doğru ilk addım olmalıdır".

King.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında rusiyalı həmkarı Vladimir Putinin birbaşa danışıqları mayın 15-də İstanbulda bərpa etmək təklifini şərh edərkən yazıb.

Rusiyalıların müharibənin başa çatdırılması haqqında düşünmələrinin yaxşı əlamət olduğunu vurğulayan V.Zelenski bildirib:

"Bütün dünyada artıq bunu çoxdan gözləyirdilər. İstənilən müharibənin həqiqətən başa çatdırılmasında ən birinci addım atəşkəsdir".

Onun sözlərinə görə, atəşi artıq mayın 12-dən dayandırmaq lazımdır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.