0
Thursday
May 08

Rusiya tarixində ən böyük zərgərlik almazı Yakutiyada hasil edildi

HASANLY

"Alrosa" şirkəti Yakutiyada Rusiya tarixində ən böyük qiymətli daş keyfiyyətində olan almaz hasil edib.

King.Az-ın xəbərinə görə, bu barədə şirkət öz "Telegram" kanalında məlumat verib.

"Yakutiyada 468.30 karat ağırlığında və 56x54x22 mm ölçüdə bəzəkli kəhrəba rəngində kristal çıxarılıb", - deyə məlumatda bildirilib.

"Alrosa"nın baş direktoru Pavel Marinıçevin sözlərinə görə, şirkət unikal almazın Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümündə tapılmasını simvolik hesab edir. Bununla əlaqədar olaraq almazın bu hadisənin şərəfinə adlandırılması qərara alınıb.

Şərhlər (0)

Information
Users of Qonaq are not allowed to comment this publication.