Ermənistan Milli Şurasının (parlament) sədri Alen Simonyan Ermənistan-Rusiya münasibətləri kontekstində açıqlama verib.
Bu barədə King.Az Ermənistan KİV-ə istinadən xəbər verir.
Mayın 5-də keçirilən brifinq zamanı daxili siyasi vəziyyət və hakim Vətəndaş Sazişi Partiyasının reytinqi barədə danışan Simonyan bildirib ki, "kənardan çoxlu pul xərclənir".
"Şimal qonşumuz tərəfindən. Bəli, Rusiya tərəfindən", - deyə Simonyan qeyd edib.
Onun sözlərinə görə, Ermənistana qarşı hibrid müharibə aparılır və periodik olaraq aktivləşdirilir, erməni soyadına malik bəzi rusiyalı ekspertlər bu işə cəlb olunub ki, onlar "hakimiyyəti dəyişməyə", mitinqlər elan etməyə çalışırlar.
Ümumilikdə Simonyan xalqa güvəndiyini və çevriliş təhlükəsini görmədiyini deyib. Onun sözlərinə görə, 2020-ci ildən oxşar məqsədlər qoyulub və heç bir nəticəsi olmayıb.
Nikol Paşinyanın Rusiya Federasiyası üçün niyə arzuolunmaz olduğu sualına cavabında Simonyan təəccübünü gizlətməyib:
"Niyə arzuolunmazdır? Bizə bunun əksini deyirlər".
Oxşar Mövzular

Qızılın qiyməti unsiyaya görə, 3 400 dolları ötüb
21-04-2025, 13:26
Rusiya Donetskdə yaşayış məntəqələrindən birini nəzarətə götürdü
13-01-2025, 20:44
Gündəlik Bürclər-(14.02.2025)
14-02-2025, 11:11