0
Cümə
Apr 25

Rəşad Dağlıya görə "Space TV"yə edilən xəbərdarlığa Tarix Əliyevdən REAKSİYA

HASANLY

Bir neçə gün əvvəl Tarix Əliyevin aparıcılığı ilə "Space TV"nin efirində meyxanaçı Rəşad Dağlının (Əmirov) ad gününün qeyd edilməsi birmənalı qarşılanmayaraq Audiovizual Şura tərəfindən telekanala xəbərdarlıq edilib.

Həmçinin televiziya kanalına bildirilib ki, eyni halın təkrarlanacağı təqdirdə, inzibati cəza tədbiri - sanksiya tətbiq ediləcək.

King.Az xəbər verir ki, sözügedən hadisəyə reaksiya olaraq Tarix Əliyev özünün sosial media hesabında paylaşım edib.

"Bu ad gününü etdiyim üçün çox sevinirəm. Rəşada görə veriliş bağlansa, heç vecimə də olmaz! Təki pozğunlara görə yox, şairə görə bağlansın", - deyə paylaşımda qeyd olunub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.