Şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 17 min 804 manat və 60 dollar oğurlanıb.
King.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 19-da və 20-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsullarla 6 350, 3 000, 2 000, 1 015, 1 000, 990, 750, 600, 457, 300, 300, 300, 200, 165, 96, 90, 68, 50, 38, 35 manat və 60 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.
"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var", - deyə məlumatda qeyd olunub.
Oxşar Mövzular

Kolumbiyada qanlı münaqişə: Prezident fövqəladə vəziyyət elan etdi
21-01-2025, 13:44
Pakistan XİN Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib
8-11-2024, 15:20
Müğənni Günel Ələkbərova təhdid edilir
17-12-2024, 02:23