0
Bazar ertəsi
Apr 21

Ukrayna İsraildən insanları qorumaq üçün preparat almağa qərar verdi: Nüvə zərbəsi gözlənilir?

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Ukrayna nüvə insidenti halında insanları qorumaq üçün İsraildən plasenta əsaslı dərmanından istifadə etməyi planlaşdırır.


King.Az-ın xəbərinə görə, bu barədə "Times of Israel" nəşri yazıb.


Məlumata görə, "Pluri" İsrailin biotexnoloji şirkəti Ukraynanın cift qanı bankı ilə radiasiya xəstəliyinə qarşı "PLX-R18" dərman vasitəsinin ehtiyatlarının yaradılması və yayılması məqsədilə eksklüziv müqavilə bağlayıb. İstehsalçılar iddia edirlər ki, onların hüceyrə terapiyası preparatı adətən radiasiyaya məruz qalaraq məhv olan trombositlərin, həmçinin ağ və qırmızı qan hüceyrələrinin ifrazını stimullaşdıra bilər.


Müqavilənin şərtlərinə əsasən, şirkət 12 min doza dərman istehsal edəcək və Kiyevə tədarük edəcək. İddia edilir ki, bu say 6 min insanın sağaldılması üçün kifayət edəcək.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.