Bu gün Başlıbel qətliamının ildönümüdür. Kəlbəcərin işğalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğından 32 il ötür.
Faciənin canlı şahidi Habil Ələsgərov yaşadığı dəhşət barədə Baku TV-yə danışıb:
"Aprelin 18-də ermənilər yerimizi müəyyənləşdirib, bizi mühasirəyə aldılar. Güllə üstümüzə dolu kimi yağırdı. Bir neçə dəqiqə sonra eşitdik ki, kahaya yaxınlaşırlar. Onlara əsir düşmək istəmirdim. Ona görə də dedim ki, bizi güllələmələri üçün qaçmaq lazımdır. Amma həmin gecə elə çovğun oldu ki, ermənilər dayana bilməyib, oranı tərk etdilər".
"Ayaqları olmayan 80 yaşlı kişini kəndin mədəniyyət evində diri-diri yandırmışdılar, papağın içində başı qalmışdı. 12 nəfəri və anamı gözümün önündə güllələdilər", - deyə H.Ələsgərov əlavə edib.
Oxşar Mövzular

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
31-12-2024, 15:40
İlham Əliyev Rumıniya prezidentini təbrik edib
1-12-2024, 17:28