0
Şənbə
Apr 12

Tailandda turistlərlə dolu gəmidə güclü yanğın baş verib

HASANLY

Tailandda sahildən təxminən 25 km məsafədə olan turist gəmisi naməlum səbəbdən qəfil alovlara bürünüb. Hadisə zamanı gəmi sərnişinlərlə dolu olub.

King.Az-ın verdiyi məlumata görə, bu barədə "Naewna" qəzeti xəbər yayıb.

Hadisə səhər tezdən krallığın cənubunda yerləşən Phangnga əyalətində baş verib. Gəmidə dalğıclıq üçün açıq dənizə çıxan 10 ekipaj üzvü və 16 turist olub. Xilasedicilər dərhal köməyə çatıblar, gəmidəkilərin hamısı xilas edilib.

Bildirilir ki, Phangnga əyalətində dalğıclıq həvəskarlarını 1984-cü ildə batmış və 20 metr dərinlikdə olan 60 metrlik "Boon Sung" texniki gəmisi cəlb edir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.