Cümə
Apr 11

Tarix yazan şəhidlərimizin hekayəsi: "Tapşırığı yerinə yetirib qayıdanda mühasirəyə düşüblər"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Oğlum evə gələndə heç vaxt o barədə danışmırdı. Sonradan bildik ki, bu uşaqlar aprelin 7-də dövlət tapşırığı ilə erməninin içərisinə kəşfiyyata gediblər. Səkkiz nəfər verilən tapşırığı yerinə yetirib, qayıdanda isə mühasirəyə düşüblər".

Bu sözləri "Baku TV"yə açıqlamasında "Xocavənd əməliyyatı"nda şəhid olan Aqşin Həsənovun anası Xanım Həsənova deyib.

"Düşmən çox, bunlar az. Təslim olun desələr də, olmayıblar. Bu, dünya hərb tarixində misli görünməmiş bir qəhrəmanlıqdır. Biz kinolarda görmüşdük ki, bir nəfər özünü partladıb öldürür. Amma tarixdə qrup şəklində özlərini partladıb öldürən bir tək bu uşaqlardır. Yeddisi də birlikdə həyatlarını torpaqdan ötrü fəda ediblər, heç biri canını əziz tutmayıb", - şəhid anası söyləyib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.