Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir.
King.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar:
"Aprelin 7-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla - 17451, 16000, 6697, 6321, 6000, 5000, 3700, 2000, 1968, 1800, 960, 420, 380, 250, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb".
"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin", - deyə məlumatda qeyd olunub.
Oxşar Mövzular
8k Wallpaper for Girls - Qızlar üçün 8k Divar Kağızı
13-01-2025, 15:52
Norveç kralı V Harald Tenerifedə xəstəxanaya yerləşdirilib
25-02-2026, 12:39
David Manukyana hökm oxundu
5-02-2026, 15:07