0
Bazar
Apr 06

İki aviaşirkət Moqadişuya uçuşları dayandırır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Turkish Airlines" və "EgyptAir" aviaşirkətləri təhlükəsizlik səbəbilə Somalinin paytaxtı Moqadişunun beynəlxalq aeroportuna uçuşları müvəqqəti dayandırdıqlarını elan ediblər.

King.Az xəbər verir ki, bu barədə "Baidoa Online" portalı Somali federal hökumətinin xüsusi xidmət orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, aprelin 6-da aeroport minaatanlardan atəşə məruz qalıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.