Şənbə
Apr 05

Biləsuvarda baş həkim həm də direktor oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

King.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanov əmr imzalayıb.

Vüqar Qurbanov müvafiq əmri ilə Asif Rza oğlu Əhmədov 3 aylıq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib.

Bundan əvvəl Asif Əhmədov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi olub. O, bu vəzifəsini də icra edəcək.

Qeyd edək ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru Məmmədtağı Əhmədov ötən ayın 18-də vəzifəsindən azad edilib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.