"İndi Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP həmin bu dəhlizin 3 ayrılmaz hissəsidir".
King.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında bildirib.
"Onlar tam iş gücündə işləyir və biz onları genişləndirməliyik", - deyən dövlətimizin başçısı əlavə edib ki, əlbəttə, bunun üçün bizə maliyyələşmə lazımdır. "Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq. Biz dəfələrlə bunu qeyd etdik ki, beynəlxalq maliyyə təsisatları, o təsisatlar ki, məhz faydalı qazıntılar üçün layihələrin maliyyələrin dayandırılması qərarına gəlmişdilər, bəlkə də bu siyasəti dayandırsınlar", - deyə Prezident vurğulayıb.
Oxşar Mövzular
"Nissan" futbol həvəskarları üçün ekstremal pikap yaradıb
17-10-2024, 12:41
Gündəlik Bürclər-(10.04.2025)
10-04-2025, 00:00
Leandro Andrade Misli Premyer Liqasının tarixinə keçdi
10-03-2026, 15:00