Bazar
Mar 23

İmperator I Pavelin əyləşdiyi taxtın üstünə çıxan muzey ziyarətçisi saxlanılıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən məşhur Ermitaj muzeyini ziyarət edən şəxs XVIII əsrə aid olan və imperator I Pavelin əyləşdiyi taxtın üstünə çıxdığı üçün saxlanılıb.

King.Az bu barədə TASS agentliyinə istinadən xəbər verib.

Məlumatda qeyd olunur muzeyə ziyarətə gələn şəxs taxtda əyləşərək selfi çəkməyə çalışıb. Ona edilən irada aqressiv reaksiya verən kişi, ardınca imperatorun oturduğu taxtın üstünə çıxıb.

Muzeyin qaydalarını pozan şəxsi "Rosqvardiya"nın mühafizə xidmətinin əməkdaşları saxlayıblar.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.