Çərşənbə axşamı
Fev 25

Rövşən Əsgərov Rusiyada qiyabi həbs edildi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Rusiyada azərbaycanlı jurnalist və "Nə? Harada? Nə zaman?" televiziya oyununun iştirakçısı Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı çıxarılıb.

King.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin nasizmin reabilitasiyası və vətən tarixinin saxtalaşdırılması ilə bağlı cinayətlərin araşdırılması şöbəsinin rəhbəri Aleksandr Pastuxov Federasiya Şurasının iclasında bildirib.

Pastuxov qeyd edib ki, R.Əsgərov beynəlxalq axtarışa verilib.

Xatırladaq ki, R.Əsgərov Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb və Rosfinmonitorinq tərəfindən terrorçu və ekstremistlər siyahısına daxil edilib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.