Çərşənbə
Fev 19

"SpaceX" yeni internet peyklərini orbitə çıxarıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
ABŞ-nin "SpaceX" şirkəti orbitə 23 "Starlink" peyki göndərib.

King.Az xəbər verir ki, bu barədə məlumat "SpaceX"in "X" hesabında dərc edilib.

Qeyd olunur ki, buraxılış ABŞ-nin Florida ştatındakı "Cape Canaveral" Kosmos Bazasından uğurla həyata keçirilib.

Məlumat üçün əlavə edək ki, "SpaceX" tərəfindən istehsal edilən "Starlink" peykləri dünyanın müxtəlif yerlərində internetə çıxışda çətinlik çəkən bölgələrə genişzolaqlı internet xidməti göstərmək üçün hazırlanıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.