Cümə
Fev 14

Münhen Təhlükəsizlik Konfransında QALMAQAL: Vens Şoltsu alçaltdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Münhen Təhlükəsizlik Konfransında Almaniya Kansleri Olaf Şoltsla görüşməkdən imtina etməsi ciddi diplomatik qalmaqala səbəb olub.

King.Az "Politico" nəşrinə istinadən xəbər verir ki, C.D.Vensin bu addımı Ukrayna ilə potensial sülh razılaşması fonunda Almaniya kanslerinə qarşı "ciddi diplomatik məzəmmət" kimi qiymətləndirilir.

O.Şoltsun ev sahibi ölkənin lideri olduğunu nəzərə alsaq, ABŞ-nin vitse-prezidentinin onunla görüşdən imtina etməsi qəribə hadisə kimi yadda qalıb.

Adının açıqlanmasını istəməyən keçmiş amerikalı məmur "Politico"ya bildirib ki, C.D.Vens Münhendə O.Şolts ilə görüşməyi əvvəlcədən planlaşdırmayıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.