Cümə
Yan 17

Əli Əsədovla İrakli Kobaxidzenin görüşü olub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Azərbaycan və Gürcüstanın baş nazirləri Əli Əsədovla İrakli Kobaxidze Bakıda görüşüblər.

King.Az xəbər verir ki, bu barədə məlumatı İ.Kobaxidze "X" hesabında paylaşıb.

Görüş Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın 10-cu iclası çərçivəsində baş tutub.

"Biz qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə etdik. Ticarət və iqtisadi sektorlarda, eləcə də enerji sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladıq. Strateji tərəfdaşlığımız regional sabitlik və tərəfdaşlarımız üçün təhlükəsiz əlaqələrin təmin edilməsində mühüm rol oynayır", - İ.Kobaxidze vurğulayıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.