Cümə axşamı
Yan 16

Ermənistan-ABŞ Xartiyası və ağbaşlı qartal Cənubi Qafqazda

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Yanvarın 14-də Ermənistanın iqtidaryönlü KİV-i sevinclə ABŞ və Ermənistanın xarici siyasət idarələri rəhbərlərinin bir neçə saatdan sonra birgə sənəd imzalayacaqlarını elan ediblər. Hətta qarşıdan gələn mərasimin "YouTube"da canlı yayımlanacağı da açıqlanıb.

King.Az xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalının yeni buraxılışında söhbət açılır.

"Etiraf edək ki, hər gün iki ölkə arasında sənədlər imzalanmır, hətta efirdə də canlı yayımlanır. Ona görə də, bu xəbər Ermənistanın özündə də maraq doğurub və bir sıra digər ölkələrdə də diqqəti cəlb edib. O vaxta qədər artıq məlum idi ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtondadır və orada amerikalı həmkarı Entoni Blinkenlə görüşməli, "strateji tərəfdaşlıq" sazişi imzalamalıdır", - süjetdə bildirilir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.