Bazar ertəsi
Yan 13

Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağına söz verdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"ABŞ-lı sahibkar İlon Mask "pis oğlandır".

King.Az-ın xəbərinə görə, bu sözləri ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampın keçmiş müşaviri Stiven Bennon İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində deyib.

"Mən İlon Maskın Ağ Evdən qovulmasına nail olacağam. O, Ağ Evə tam girişi olan mavi keçid haqqına sahib olmayacaq", - deyə o bildirib.

Bennonun sözlərinə görə, Maskın yeganə məqsədi pul qazanmaqdır, çünki o, trilyoner olmaq istəyir. O əlavə edib ki, sahibkar öz şirkətlərinin hər birinin qorunması və daha sərfəli sövdələşmələr əldə etməsi üçün hər şeyi edəcək.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.