Şənbə
Yan 11

Xətaidə zəbt olunan səkilərlə bağlı rəsmi AÇIQLAMA

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Bakının Afiyəddin Cəlilov küçəsində səkilər zəbt olunub. Ərazidə yaşayan sakinlər məcburiyyətdən maşın yoluna çıxdıqlarını bildiriblər.

King.Az xəbər verir ki, məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən "Qafqazinfo"ya ərazinin qurumun nəzarətində olduğu açıqlanıb.

"Ərazi rayon İcra hakimiyyəti olaraq nəzarətimizdədir. Hazırda orada səki salınır. Sonra isə rayonun digər prospekt və küçələrində olduğu kimi, yaşıllıq zolağı yaradılacaq.

Ərazidə heç bir ağacın kəsilməsindən söhbət gedə bilməz. Çünki orada ağac olmayıb. Əksinə şəkillərdən də göründüyü kimi, parklanma yeri kimi istifadə olunub. Hazırda isə qeyd olunduğu kimi, müasir norma və qaydalara uyğun olaraq səki və yaşıllıq zolağı yaradılır", - deyə açıqlamada vurğulanıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.