Bazar
Dek 29

Kvotadan əlavə iş yerlərinin yaradılması qaydası təsdiqlənib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Kvotadan əlavə iş yerlərinin yaradılması qaydası təsdiq edilib.

King.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, işəgötürənlər kvotadan əlavə yaratdıqları iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi məqsədilə yeni iş yeri yaratmalı və həmin iş yeri ilə bağlı məlumatları vakansiya bankına təqdim etməlidirlər.

Hər bir işəgötürən üzrə kvotadan əlavə iş yerlərinin sayı işəgötürən üçün müəyyən edilmiş kvota miqdarınadək, lakin 15 (on beş) iş yerindən çox olmamalıdır.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.