Bazar
Dek 29

Mask Britaniyada siyasi partiyanı maliyyələşdirəcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Böyük Britaniyanın sağçı "Reform UK" partiyasının sədri Naycel Farac amerikalı milyarder və sahibkar İlon Maskın partiyanı maliyyələşdirəcəyini bildirib.

King.Az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

N. Farac bildirib ki, İlon Mask ilə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Floridadakı Mar-o-Laqo malikanəsində görüşüb.

Bu görüşdə İ.Mask "Reform UK" partiyasına kifayət qədər yüksək məbləğdə ianə bağışlayacağını açıqlayıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.