Çərşənbə
Dek 25

Hindistan Aya missiya göndərəcək: Müddət açıqlandı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Hindistan 2040-cı ilədək hindistanlı kosmonavtın Aya enməsini hədəfləyən iddialı kosmik proqram yaradıb.

King.Az-ın Oxu.Az-a istinadən verdiyi məlumata görə, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) sədri Şridhara Somanath NDTV telekanalına açıqlamasında deyib.

O, bu layihənin ölkənin müstəqilliyinin 100 illiyini qeyd edəcəyi vaxta qədər həyata keçirilməsini planlaşdırıldığını bildirib.

"Bizim insanımız oraya gedəcək, bayrağı sancacaq və sağ-salamat geri qayıdacaq. Bu, 2040-cı ildə baş verəcək", - deyə o bildirib.

ISRO rəhbərinin sözlərinə görə, yol xəritəsi çərçivəsində Hindistan 10 il ərzində öz kosmik stansiyasını yaratmağı planlaşdırır. Buna doğru ilk addım artıq 2028-ci ildə kosmik stansiya modulunun buraxılması ilə atılacaq.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.