0
Bazar ertəsi
Dek 23

NİİM Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar bölgələrə yollananlara müraciət edib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

"Hər il olduğu kimi bu il də bayram və tətil günləri ilə əlaqədar bölgələrə səfər edənlərin sayının çox olacağı gözlənilir. Həm paytaxtın mərkəzi küçə və prospektlərində, həm də Bakı-Sumqayıt şosesi və şəhərə cənub istiqamətdən giriş-çıxışda rayonlara səfər edənlərin çox olması səbəbindən, xüsusilə də axşam saatlarında yollarda avtomobil sıxlığının yaranacağı ehtimal olunur. Bunu nəzərə alaraq vətəndaşlara tövsiyə edirik ki, səfərlərini erkən saatlarda planlaşdırsınlar. Gücləndirilmiş iş rejimində çalışacaq NİİM-in əməkdaşları tərəfindən sürücülərə yollardakı vəziyyətlə bağlı mütəmadi olaraq məlumat veriləcək".
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.