Yaponiyanın hüquq-mühafizə orqanları ABŞ-nin "Amazon" şirkətinin Tokioda yerləşən baş ofisində axtarış aparıblar.
King.Az xəbər verir ki, bu barədə Yaponiya İctimai televiziyası məlumat yayıb.
Məlumatda qeyd olunur ki, "Amazon" Yaponiyanın antiinhisar qanunlarını pozmaqda şübhəli bilinir.
İddiaya görə, "Amazon"un Yaponiyadakı törəmə şirkəti pərakəndə satıcıları öz mallarının qiymətlərini qəsdən digər oxşar onlayn platformalardan aşağı təyin etməyə məcbur edir.
Şirkət, həmçinin, pərakəndə satıcıları öz logistika xidmətlərindən istifadə etməyə məcbur etməkdə şübhəli bilinir, bunun müqabilində isə "Amazon Japan" öz saytında həmin şirkətlərin məhsullarını daha ön səhifədə yerləşdirir.
Yaponiya tərəfi iddia edir ki, şirkətin bu cür satış siyasəti ölkənin antiinhisar qanunlarını pozur.

Oxşar Mövzular

Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirib
8-02-2026, 21:19ÜST rəhbəri İsrailin hava hücumu zamanı Yəmən hava limanında olub
27-12-2024, 01:14AQEM XİN Şurasının 7-ci görüşündə bir sıra sənədlər qəbul edilib
17-12-2024, 22:10