1
Bazar
Noy 24

Maduro yeni hərəkatın yaradıldığını elan etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Venesuela prezidenti Nikolas Maduro antifaşist tələbə hərəkatının yaradılmasını elan edib.

King.Az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Karakasda keçirilən Ümumdünya Antifaşist Gənclər və Tələbələr Konqresinin bağlanışında danışıb.

"Sizi təbrik edirəm, çünki bu gün Venesuelada dünyanın böyük bir gənc və tələbə antifaşist hərəkatı doğulur", - Maduro konqres nümayəndələrinə müraciət edib.

O qeyd edib ki, mərkəzi Karakasda cəmlənmiş antifaşist hərəkatı "yeni dünya qurmaq üçün gənclərin və xalqların birləşməsinə səbəb olmalıdır".
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.