0
Bazar ertəsi
Noy 18

Ermənistanda bir neçə yüksəkvəzifəli məmur istefa verib

HASANLY
Erməni sosial şəbəkələri baş naziri Nikol Paşinyanın hökumətin tərkibində təmizləmələr həyata keçirdiyini yazır.

King.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, baş nazir bu gün sərt söhbət etdiyi ərazi idarəetmə naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rustam Balasyan istefa ərizələrini təqdim ediblər.

Qeyd olunur ki, daxili işlər naziri Vahe Kazaryan, İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan da istefa verib.

Bu məlumatlar hələlik rəsmi təsdiqini tapmayıb.

İstefaların Paşinyanın Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrini bu yaxınlarda danlamasından sonra baş verdiyi bildirilir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.