Bazar
Noy 03

"Hizbullah"ın iki səhra komandiri məhv edildi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İsrail hərbçiləri Livanın cənubundakı Xiam bölgəsində "Hizbullah"ın silahlı qanadının iki səhra komandirini məhv edib.

King.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, öldürülənlər Faruk Əmin Alasi və Yusef Əhməd Nundur. Alasi İsrailin Qaliley bölgəsindəki yaşayış mərkəzlərinə, o cümlədən Metula şəhərinə çoxsaylı raket hücumlarına görə cavabdeh olub.

Nun isə Radvan xüsusi təyinatlılarının komandiri kimi fəaliyyət göstərib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.