0
Cümə
Noy 01

"Bəsic"in komandiri: "Biz İsrailin səhvini düzəldəcəyik"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"İran özünün məxfi imkanlarından istifadə edərək İsrailə ölümcül cavab zərbəsi endirəcək".

King.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) daxil olan yarımhərbi "Bəsic" qüvvələrinin komandiri, general-mayor Qulamrza Süleymani deyib.

Q.Süleymani deyib ki, İran xalqı hələ düşmənə hərbi qüdrətini göstərməyib.

"İran xalqı öz düşmənlərinə qarşı mübarizədə böyük potensiala malikdir. İsrail öz hesablamalarında yanıldı, lakin biz onların bu səhvini düzəldəcəyik" - deyə Q.Süleymani qeyd edib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.