Çərşənbə
Okt 30

Minskdə MDB ölkələrinin Sərhəd Qoşunları Komandanlarının iştirakı ilə iclas keçirilib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Belarusun paytaxtı Minskdə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının iclası baş tutub.

King.Az BELTA-ya istinadən xəbər verir ki, iclasda transsərhəd cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı fəaliyyət istiqamətləri müzakirə edilib.

İclas zamanı tərəflər sərhəd təhlükəsizliyinin gücləndirilməsi çərçivəsində sərhəd xidmətləri arasında əməkdaşlıq və informasiya mübadiləsi barədə razılığa gəliblər.

Görüş zamanı, həmçinin mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya ilə mübarizə məsələləri müzakirə olunub.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.