3
Şənbə
Okt 19

ABŞ-da strateji nüvə qüvvələrinin illik təlimləri başlayıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
ABŞ-nın Strateji Komandanlığı (STRATCOM) "Global Thunder 25" adlı illik nüvə hazırlığı təliminə başlayıb.

King.Az xəbər verir ki, bu barədə STRATCOM-un məlumatında deyilir.

"Təlimlərin məqsədi nüvə qüvvələrinin hazırlığının artırılması və təhlükəsiz, etibarlı və effektiv strateji çəkindirmənin təmin edilməsidir", - komandanlıq qeyd edib.

Manevrlərdə əsas müttəfiqlər və NATO tərəfdaşları, o cümlədən Böyük Britaniyadan hərbçilər iştirak edir.

Təlimlərin heç bir ölkəyə qarşı yönəlmədiyi qeyd olunub.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.